Xanım İsmayılqızı - Sükutu eşitmək...

Ədəbiyyat 18:22 / 03.11.2026 Baxış sayı: 209

Sükutu eşitmək...

Üzünü görə bilmək...

Cavabsızlığın rəsmində,

Kor baxışında azmaq...

Bu sükutdan səsini pozmaq...

Qulaqlarım batdı

sükutun bağırtısından...

Sükut - qorxulu imiş

dil açmadan ağrı çəkən

körpə çığırtısından...

Sükut - ağlından qaçan

dəli kimiydi həm də...

Sükut - yaşananları

özündə basdıran

ölü kimiydi həm də...

...Sükutda idim mən də...