Elnur Uğur - Bir gün dərk etsəydik əbədiyyəti
Ədəbiyyat
14:30 / 04.07.2026
Baxış sayı: 552
Bir gün dərk etsəydik əbədiyyəti,
Nə könül qırardıq,nə qəlb yıxardıq.
Dünyanın bu ilğım səmimiyyəti,
Bizi aldatmazdı, başa çıxardıq.
Günləri qovurduq günah içındə,
Min günah böyütdük bir ah içində.
Yerdə say- hesabsız allah içində,
Göydəki Allahı yaddan çıxardıq.
Şeytan elə girib ürəyimizə,
Şövqlə qırmanc çəkir kürəyimizə.
Dərk etsəydik dünya nə verir bizə,
Şeytanı,bəlkə də,onda yıxardıq.