Elnur Uğur - Hər qatı qaranlığın
Ədəbiyyat
18:01 / 02.07.2026
Baxış sayı: 1057
Hər qatı qaranlığın,
Bətnindən işıq doğar.
Yetər ümidin olsun,
İşıq zülməti boğar.
Çəkilən cəfaların,
Mütləq sonu səfadı.
Əzmin söykənəcəksə,
Dərd də dərdə dəvadı.
Eşqimi çətir açdım,
Bir arzu, bir kam üstə.
Sevgimdən şam yandırdım,
Bu qərib axşam üstə.
Sabah doğacaq nurun,
Bir adı var məhəbbət!
Uğurundan Elnurun
Uğur doğar məhəbbət.