Bəhram Bilaloğlu - Ruhuma bağlıyam sənlə
Ruhuma bağlıyam sənlə,
Sənsiz ruha yox ehtiyac.
Yoxluqları var edəndən
Bəndələrin qılır rəvac.
Şükür açar çiçək dildə,
Tumurcuqlar ömür vaxtı.
Cismin ruha xidmət etsə,
Ruh ucalar qurar taxtı.
Min bir həyat dəyişməyə,
Can atdılar,qalmadılar.
Heyrət etdim O kəslərə,
Haqq yolunda solmadılar.
Əbədiyyət silinməzdir,
Uğrunda söz yaşayırsa.
Sözün sözdə söz haqqı var,
Haqqın özü daşıyırsa.