Xəyalə Sevil - Ara-sıra yadıma da düşürsən,

Ədəbiyyat 09:13 / 04.11.2026 Baxış sayı: 701

Ara-sıra yadıma da düşürsən,

Ara-sıra darıxıram da sənsiz.

Əvvəliydi, yarısıydı, sonuydu,

Harasından qayıtmışdıq yolu biz?

 

Hər şey eyni- bilmədinsə, bilmə heç,

Düzəldirəm dağıtdığın düzəni.

Belə asan, belə sadə, belə tez

Nə bilmişdin, unudarammı səni?

 

Ara-sıra gülürəm sözlərinə,

Telefonda səsin qalıb, silmirəm...

Ara-sıra düşürəmmi yadına?

Məni necə unudursan, bilmirəm