Şahverən Cavad - Şəhidlər
Millətin yenilməz ruh imzasını
Otuz il Qalada qorudu Şuşa.
"44 gün"-tarixin səlnaməsinə,
Bir xalqın "Qələbə" möhrütək düşər.
Hər gün yamaclarda bulaqlar deyil,
Dağların gözündən yaş süzülürdü.
Təbiət anatək yas saxlayırdı,
Qayalar əsgərtək səf düzülürdü.
Geymişdi yolları lal xatirələr.
Ruhların fəryadı göylərə çatdı.
Qarabağ Vətənin övladı kimi
Oyaq anaların gözündə yatdı.
Dözməyib dozülməz ağrılarına
Vətənçün sipərə döndü şəhidlər.
Güllələr cismini dəlib keçsə də,
Ruhuyla düşməni yendi şəhidlər .
Söndü anaların gözünün nuru.
Hər şəhid gözlərdə doğulmuş gündür.
Qırılmış saatdır ana ürəyi-
Qanla yox,Zəfərlə döyünür indi.
04 . 11 . 2026