Əbülfət Mədətoğlu - NİGARIM

Ədəbiyyat 22:12 / 03.11.2026 Baxış sayı: 1042

( Nəvəm Nigarın  Doğum gününə)

 

Sən ata  adımı   nəvəli  etdin

Əbədi  bir  taxtın  əvvəli  etdin!

Hamıdan  dövlətli - dəvəli  etdin -

Nigarım!

 

Nilufər  qızımın  Nigar  gülüsən,

Mənimü   rəyimin  nübar   gülüsən,

Düzünü  söyləsəm  vüqar  gülüsən -

Nigarım!

 

Səs  həyatımdı, özü  balımdı,

Dediyi  həR  kəlmə, sözü  balımdı!

Mənim  söylədiyim "Qadan  alım"-dı -

Nigarım!

 

Baxışın  mənalı - sudan da  duru,

Mənə  xatırladır   gülüşün "Şur!"-u!

Sən   atan  Anarın gözünün  nuru -

Nigarım!

 

Hər  yeni  a  günün  tərdi, təzədi,

Bu  günün  sevinci  bizi  bəzədi!

Şeirim  bu  məclisə  bir  növ   məzədi -

Nigarım!