Ağaevli Əli Hacı -Bu gün,şəklini çəkdim

Ədəbiyyat 11:36 / 03.09.2026 Baxış sayı: 573

Bu gün,şəklini çəkdim,

Qara saçın boz düşüb !

Bəlkə,çəkdiyim ahdan,

Boyalara toz düşüb ?!

 

Gözlərinin yerinə,

Fırçam göyləri çəkib !

Ayağını oxşayan

Durduğun yeri çəkib !

Rəngi rəngə qatmışam,

Kədərin al görünsün !

Həsrəti içdə çəkdim,

Darda vüsal görünsün !

Fırçam-kipriklərimdi,

Tablo-göz qatlarımda !

Gözəl bir geyim seçdim,

Sənə söz paltarından !