Arzu Ada - 3 AYA XALQ ŞAİRİ FABRİKİ VƏ ONUN MÖCÜZƏLƏRİ

YAZARLAR 17:53 / 02.09.2026 Baxış sayı: 913

 

..Bu ədəbiyyatı nə günə qoydunuz .?

Burada bir xanım var, mənə bir neçə dəfə yazdı

Şerlərini göndər, 3 aya səni Xalq şairi edəcəm!

Göndərmədim.

Peşimanam )

Maşallah!

3 aya Xalq şairi!

Səməd Vurğun 40 ildə, Bəxtiyar Vahabzadə 50 ildə Xalq şairi oldu, bu xanım 3 aya

Sürətə bax da .)

Mən də maraq üçün bir şeirinə baxdım... Vallah itə atsan it yeməz! İt iyləyib qaçır!

Nə vəzn var.. nə qafiyə var..nə fikir var, nə ürək var ...bomboş söz yığını!

Amma altındakı rəylərə bax

İlahi! Nə möhtəşəm!

Tf...u

Dahisən!

Yalancının ...

Sən ikinci Nizamisan!

Ölün...e. .

Ədəbiyyatımızın günəşi!

Utanın. e .

Nizami eşitsə qəbrində tərsinə çevrilər!

Füzuli .

...Məni bu işə qatmayın! deyər.

Sakit adam olub rəhmətlik

..Günəş yox, lampuçka da deyilsiniz

Aldadırlar sizi

Ədəbiyyat bazar deyil, şairlik kampaniya deyil

Xalq şairi adı kisə ilə paylanmır!

Abrınız olsun da .

Yaltaqlıq etməsəniz

o şair... ya yazar sizin maaşınızımı kəsəcək ..səhər yeməyinizimi verməyəcək . gecə killer göndərib sizi öldürtdürəcəkmi ?

Hə ..nə edəcək .?)

Siz ədəbiyyat yaratmırsınız, siz ədəbiyyatın qiymətini öldürürsünüz!

Siz şair yetişdirmirsiniz, siz şair adı satırsınız!

Facebook-da bir-birinizi tərifləməklə Xalq şairi olmaq olsaydı, indi hamımız Homer idik!

(Homer dünyanın ən gözəl şairi olub

Gözləri kor olub amma şedevrlər yaradıb

Ps.)))

Bizimkilərin gözləri çıraq keçirdir Amma yazdıqları heç nə .))

Xalq şairi olmaq üçün 3 ay yox, 30 il gərəkdir!

İstedad gərəkdir, zəhmət gərəkdir.. sözün odunda yanmaq gərəkdir!

Yoxsa

sabah hər tin başında bir ...3 aylıq Xalq şairi görəndə təəccüblənməyin!

Və sabah xalq o boş şeirləri oxuyanda sizdən soruşacaq..

Buna necə şair.

demisiniz?

Diliniz qurusun gözünüz tökülsün

Bu ki sucudur

Lapatkanı verin əlinə getsin cuvarlıgını eləsin. restoranda qab yusun dədəsinin 5 qazını otarsın

Ps

Axşama da o qazın 3 nü itirib evə dönsün ))

Aglınıza keçə yamadıqlarım..

Onda utanacaqsınız!

Unutmayın... sözün haqqı bir gün burnunuzdan gələcək!

Çünki şairlik diplomla, sertifikatla, qum kisəsi ilə olmur, şairlik Allah vergisidir!