Elnur Uğur Abdiyev - DÜŞDÜM

Ədəbiyyat 13:01 / 03.09.2026 Baxış sayı: 623

Əsdi külək ömrüm,

Səhralara düşdüm.

Bir qum dənəsiydim,

Dəryalara düşdüm.

 

Üzdüm bu sularda,

Bəxtim durular da.

Ən son sıralarda

Hardan- hara düşdüm?

 

Qovdu zaman ömrü,

Öpməz aman ömrü.

Canana can ömrüm,

Yoxdan vara düşdüm