Düşüncələr - Fərhad Tapdıqoğlu

YAZARLAR 10:38 / 03.09.2026 Baxış sayı: 614

 

Bir az da təbəssüm

Torpaqlar,yollar onların "incidilmısinə ",həm də "özününküləşdirilməsinə,zəbt edilməsinə" etiraz əlaməti olaraq "sürüşürlər"..."bağrı yarılır,çatlayır" torpaqların...

=

Sərçə yuvası...qaranquş yuvası...qarışqa yuvası...yuvalar...yuvalar...

Ümumiyyətlə "quş yuvaları" da var,başqa yuvalar da var...

Bir də var "əxlaqsızlıq yuvaları"...

=

Bir qız ana südü əmməyibsə ,nə üçün qız gəlin köçəndə anasına süd pulu verirlər?

Bəlkə "süd pulu" deyimi başqa sözlə əvəz edilsin?

Məsələn : əziyyət pulu,zəhmət pulu ,"malış pulu"...

=

Qadınlar yaşlaşanda onların yaşları artmır,sabit,dəyişilməz qalır...

=

"Gününü göy əskiyə bükərəm"

Özünüzü "göy əskidən" qoruyun...

=

Hamıya "ürəyim " desə də,həmin o "ürəklərinin " ürək ağrılarına bir dəfə də olsun ağrımadı,ağrısını yaşamadı...

=

"Getmə gözümdən,gedərəm özümdən"...

Gözümüzdən ,həm də özümüzdən getdiyimiz anı xatırlamıram...

=

Yamaqlı pencək...

Yamaqlı köynək...

Azərbaycanda yamaqlı yollar...

( Yamaqsız düşmənlərimiz olsun)

=

Bir ailədə atasına oxşayan uşaq üçün deyirdilər( hələ də deyənlər var)

"Elə bil burnundan fırt eləyib ,düşüb"

Maraqlıdır ,niyə "fırt"...