Əlirza HƏSRƏT - PAYIZ ŞƏKLİNƏ
Ədəbiyyat
12:16 / 03.09.2026
Baxış sayı: 616
Nə bülbül görünür,nə də gül bağda,
Nə var şamaması sovulmuş tağda?
Düşdü budağından bu son yarpaq da,
Bax çılpaq ömrümün payız şəklinə.
Bitib bir bənövşə kol ayrıcında,
Qucaq düzəltmişəm qol qyrıcında.
Hamı gül uzadır yol ayrıcında,-
Ahdan çətir tutmuş bu qız şəklinə.
Nə elə həsrət var,nə belə sürgün,
Fikrim,duyğularım düşüb didərgin.
Eh,sən də qısılıb qalarsan bir gün,
Əlirza Həsrətin yalqız şəklinə